Yuxarı

“Azercell”dən rəqəmsallığa doğru daha bir addım

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər zaman müştəri xidmətləri sahəsində innovativ ideya və həll yolları ilə seçilən “Azercell” şirkəti abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan “Kabinetim” şəxsi kabinet xidmətini təqdim edir.

Axar.az xəbər verir ki, “Kabinetim” nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən vaxta qənaət edərək ən qısa zamanda icra edilməsini təmin edən Virtual Köməkçidir.

Beləliklə, “Kabinetim” aşağıdakı əməliyyatların “Azercell” Müştəri Xidmətləri və ya Telefon Mərkəzinə müraciət etmədən onlayn icra edilməsi üçün imkan yaradır:

- nömrənin balansı və internet balansı haqqında tam məlumat əldə edilməsi

-mobil internet paketlərinin və rominq internet paketlərinin sifarışi, yenilənməsi və deaktiv edilməsi

- nömrədə mövcud tarif paketin dəyişdirilməsi

- nömrənin xəttinin idarə edilməsi

- nömrənin balansına son 6 ay ərzində edilən ödənişlərin izlənilməsi

Əlavə olaraq “Kabinetim” vasitəsilə abunəçi nömrənin balansını artıra bilər, sms göndərə bilər, Azercell-dən və 3-cü şirkətlərdən daxil olan sms yayımını dayandıra bilər, “Xidmətlərim” bölümünə daxil olmaqla isə “Azercell”in Rominq, Kəscell, Zənglərin Yönləndirilməsi, Gizlətcell, Simurq xidmətləri üzərindən müxtəlif əməliyyatları icra edə bilər və sair.

Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniklərini tədbiq etməyi hədəfləyən Azercell, yeni şəxsi kabineti adaptiv (“responsive”) dizaynda təqdim edir. Kabinet ekranın ölçüsünə görə həssas dizayna malikdir və istifadədə olan cihazın xüsusiyyətlərinə uyğun olaraq ekran və brauzer ölçüsünə avtomatik uyğunlaşır.

“Kabinetim”in daha bir yeni xüsusiyyəti, “Sürətli giriş”in, yəni birdəfəlik şifrə ilə kabinetə daxil olmanın mümkün olmasıdır.

“Kabinetim” tətbiqini Android və İOS istifadəçiləri aşağıdakı linkdə göstərilən təlimata əsasən öz smartfonlarına əlavə edib istənilən zaman digər mobil applikasiyalar kimi istifadə edə bilərlər: https://www.azercell.com/az/personal/services/selfservice/kabinetim/

İnanırıq ki, bir sıra əməliyyatların onlayn şəkildə icra edilməsi üçün imkan yaradan “Kabinetim” xidməti abunəçilərin gündəlik həyatlarını asanlaşdırmaqda faydalı olacaq.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.03.18 / 16:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla