Yuxarı

Zurabişvili azərbaycanlılarla bayramı qeyd etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:09

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda Novruz bayramı təntənə ilə qeyd olunub.

Axar.az xəbər verir ki, bayram şənliyində Gürcüstan Prezidenti Salome Zurabişvili, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, parlamentin deputatı Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Qardabani sakinləri Gürcüstan dövlətinin başçısını duz-çörək və gül-çiçəklə qarşılayıblar.

S.Zurabişvili yerli sakinlərlə görüşüb, at yarışlarına tamaşa edib, Novruz tonqalını alovlandırıb və yumurta döyüşdürüb.

Deputat Savalan Mirzəyev Gürcüstan Prezidentinə Novruz bayramı barədə ətraflı məlumat verib. Novruzun dostluq, ruzi-bərəkət, bolluq və sülh bayramı olduğunu diqqətə çatdırıb.

Novruz bayramı ilə əlaqədar yaradılmış pavilyonda “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.

Qubernator Şota Rexviaşvili azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib, Prezident S.Zurabişvilinin bu bayramda iştirakını dövlətin azərbaycanlılara diqqət və qayğısının nümunəsi kimi dəyərləndirib.

Prezident Salome Zurabişvili Gürcüstanda yaşayan azərbaycanlıları və Azərbaycan dövlətini Novruz bayramı münasibətilə təbrik edib. Gürcüstanda bütün xalqların bərabər hüquqda, eyni şəraitdə yaşadıqlarını ölkədəki tolerantlığın bariz nümunəsi olduğunu bildirib.

Dövlət başçısı ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin tarixindən danışıb, bu bayramı birlikdə qeyd etməkdən məmnun qaldığını bildirib.

Savalan Mirzəyev azərbaycanlılar adından Prezident S.Zurabişviliyə tədbirdə iştirakına görə minnətdarlıq edib. Bildirib ki, Gürcüstan Prezidentinin bu tədbirdə iştirakı dostluq və qardaşlıq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir.

Sonra Azərbaycan və gürcü milli rəqs qrupları, aşıqlar maraqlı konsert proqramı ilə çıxış ediblər.

Tarix
2019.03.20 / 17:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla