Yuxarı

DİN-in qarşısında yol polisini döydülər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sürücü yol polisi əməkdaşına qarşı kobudluq edib.

Lent.az-ın verdiyi məlumata görə, bu barədə kobudluqla üzləşən yol polisi inspektoru, polis serjantı Mahmudov Elnur Emin oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə yazdığı raportda bildirib. E.Mahmudov qeyd edib ki, Azərbaycan prospekti 7 ünvanında (Daxili İşlər Nazirliyinin əsas binasının qarşısında) xidməti vəzifəsini yerinə yetirərkən "BMW X5" markalı, 10 FK 347 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini qadağan olunmuş yerdə saxladığı üçün xəbərdarlıq edib. Lakin avtomobilin sürücüsü yol polisi əməkdaşının iradına məhəl qoymayıb.

Bundan sonra E.Mahmudov həmin vətəndaşa yenidən xəbərdarlıq edib və protokol yazıb. Sürücü isə buna etiraz edib və yol polisinə qarşı kobudluq edib. Şikayətçi polis əməkdaşı bildirib ki, həmin sürücü onun kəmərindən tutaraq itələyib və yerə yıxıb. Araşdırmalardan sonra məlum olub ki, yol polisinə qarşı kobudluq edən şəxs Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Kərimov Kərimağa Tacəddin oğludur. Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2014.11.26 / 23:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla