Yuxarı

Gömrükdə əməliyyat: 14 telefon ələ keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 14 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Axar.az-a verilən məlumata görə, İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "Kia Optima" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda – ön oturacaqların arxa ciblərində gömrük orqanına bəyan olunmayan 1 ədəd "Samsung Galaxy A6", 1 ədəd "Samsung Galaxy A9", 1 ədəd "Samsung Galaxy J4+", 1 ədəd "Samsung Galaxy J6+", 1 ədəd "Samsung Galaxy J1 ace" və 1 ədəd "Huawei Y6" markalı, ümumilikdə 6 ədəd mobil telefon aşkarlanıb.

Digər bir məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "QAZ 31105" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonunda gömrük orqanına bəyan olunmayan 2 ədəd "Samsung Galaxy J2 Prime", 3 ədəd "Xiomi Redmi 6" və 3 ədəd "Xiomi Redmi 6A" markalar olmaqla, ümumilikdə 8 mobil telefon aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Tarix
2019.03.25 / 14:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla