Yuxarı

“Diqlas”la birgə 1000 sahibkar və 200 milyon “yandı”?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yanan “Diqlas” Ticarət Mərkəzində 1000 mağazanın olması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-a ticarət mərkəzində çalışan işçilərdən biri məlumat verib. Onun sözlərinə görə, dördmərtəbəli, o qədər də geniş ərazini əhatə etməyən bir binada 1000 obyektin olması mümkün deyil:

“Sahibkarlara dəyən ziyanın da 200 milyon manat olması barədə yayılan məlumat həddən artıq şişirdilib. Belə çıxır ki, 1000 obyekt olub və hər obyektdə də ortalama 200 min manatlıq mal varmış? Axı, “Diqlas” kimi ticarət mərkəzlərində bir mağazada 200 minlik malın olmasını necə təsəvvür etmək olar?”

Mənbənin məlumatına görə, yayılan məlumatda rəqəmlər 15-20 dəfə şişirdilib.

Qeyd edək ki, bu gün “Diqlas” Ticarət Mərkəzində böyük yanğın baş verib. FHN-nin yaydığı son məlumata görə, ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb.

Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

Tarix
2019.03.26 / 14:23
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla