Yuxarı

Azərbaycanda kosmos festivalı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda kosmos festivalı - Video

“Azərkosmos” ASC tərəfindən 7-12 aprel tarixlərində Azərbaycanda ilk dəfə raket modelçiliyi – “Rocketry Azerbaijan” festivalı keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Azərkosmos” ASC-nin birgə keçirdiyi “CanSat Azərbaycan 2019” tələbə model peyk müsabiqəsi çərçivəsində baş tutan festivalda müsabiqənin layihələndirmə mərhələsini uğurla keçən komandalar iştirak edib.

Festival çərçivəsində “Azərkosmos” və Rusiya Federasiyasının “Kassiopeya” fondunun mütəxəssisləri tərəfindən müsabiqə iştirakçılarına daşıyıcı raketlərin strukturu, xüsusiyyətləri və iş prinsipi barədə təlim verilib. Təlim əyani olaraq raket modelləri üzərində keçirilib.

Təlim mərhələsi bitdikdən sonra iştirakçılar “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin (ƏYPİM) ərazisində raket modellərinin real uçuşunun şahidi olublar. Raketlər səmaya buraxılmazdan əvvəl “CanSat Azərbaycan 2019” müsabiqəsinin iştirakçılarının hazırladıqları 350 qramlıq model peyklər raketlərin daxilinə yerləşdirilib. Hündürlüyü 120 santimetr, çəkisi 1000 qram və 100 Ns dartı qüvvəsinə malik olan daşıyıcı raketlər ƏYPİM-in ərazisində yerləşən start məntəqəsində 300 metr yüksəkliyə qədər qaldırılıb. Səmaya buraxılan raketlərdən ayrılan peyk modelləri vasitəsilə yerüstü stansiyaya siqnal – telemetriya ötürülüb və ərazinin hündürlüyü, temperatur və təzyiqini müəyyən etmək mümkün olub.

“Rocketry Azerbaijan” festivalının keçirilməsi tələbələri aerodinamika, elektronika, mexanika və kosmik sferanın digər mühəndislik sahələrində əldə etdikləri bilikləri birbaşa praktiki məsələlərin həllinə istiqamətləndirib. Beləki, bu ilin iyun-iyul aylarında final mərhələsi keçiriləcək “CanSat Azərbaycan 2019” müsabiqəsində iştirak edən komandalar artıq sərbəst olaraq hazırladıqları peyk modellərini raket daşıyıcılara yerləşdirəcək və həmin raket daşıyıcılarını səmaya buraxacaqlar.

“CanSat Azərbaycan” müsabiqəsinin və “Rocketry Azerbaijan” festivalının keçirilməsi öz növbəsində imkan verir ki, növbəti illərdə Azərbaycanda kosmik sənayenin inkişafında yeni nəsil peyk mütəxəssisləri yetişsin və aerokosmik sahədə elmi-təcrübi tədqiqatların aparılması daha da geniş vüsət alsın.

Tarix
2019.04.13 / 01:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla