Yuxarı

Tiflisdən Bakıya azarkeşlər daşınacaq - DANX

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununa gələn turistlər üçün Gürcüstana və rayonlarımıza rahat gediş-gəliş məqsədilə əlavə avtobuslar xəttə buraxılacaq.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova qeyd edib. O bildirib ki, DANX Tiflisdən Bakıya və əks istiqamətdə hərəkət edən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verib:

“UEFA Avropa Liqası turnirinin final oyununu izləmək üçün azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək, oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, 27-31 may tarixlərində mövcud “Bakı-Tiflis-Bakı” marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.

Həmçinin regionlarımızdan Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərinə rahat gediş-gəlişi üçün həmin tarixlərdə ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq”.

Tarix
2019.05.20 / 13:27
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla