Yuxarı

Bakıda yolkaların qiyməti – Fotoreportaj

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda satışda olan yolkaların qiyməti 5.49 AZN-dən başlayır.

Evlərdə Yeni il əhval-ruhiyyəsi yaradan bayram atributlarından ən önəmlisi yolkalar və onlara rəngarənglik verən bəzək əşyalarıdır. Yeni ilin rəmzi hesab olunan yolkaların və bəzək əşyalarının qiymətində isə hər il olduğu kimi, bayram ərəfəsində artım müşahidə olunur. Bununla yanaşı, yolkaların qiymətindəki fərq onların ölçüsü və keyfiyyətinə görə dəyişir.

Qiymətlərin hansı aralıqda dəyişdiyini müşahidə etmək üçün Axar.az olaraq paytaxtın böyük ticarət mərkəzlərindən biri olan "28 Mall" ticarət mərkəzinə yollandıq. Burada satışda olan ən kiçik yolkalar 5.49 AZN-ə, ən böyük olanları isə 107 AZN-ə satışa çıxarılıb. Orta qiymətlər isə 20-80 AZN aralığında dəyişir.

Şəhərin mərkəzi küçələrində satışda olan yolkaların isə müxtəlif qiymətlərlə əhatə olunduğun, bu qiymətlərin 6-200 AZN aralığında dəyişdiyinin şahidi olduq. Bəzək əşyaları isə 2 manatdan başlayan qiymətlərlə satışa çıxarılıb. Bu qiymətlər orta hesabla 20-30 manata qədər qalxır.

Bir sözlə, müşahidələrdən gəldiyimiz qənaətə görə, evində kiçik yolka qurmaq istəyənlər bəzək əşyaları ilə birgə təxminən 15-20 manat, orta ölçüdə (1.40 - 2 m) 70-100 AZN, daha böyük ölçüdə istəyənlər isə 200 manatdan çox pul xərcləməlidir.

Tarix
2014.12.13 / 22:50
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla