Yuxarı

“Azercell” bu MMC-nin yeni rəqəmsal tərəfdaşıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azercell” şirkəti 71-dən çox pərakəndə satış nöqtəsinə sahib olan və Azərbaycanın elektronika sahəsində aparıcı pərakəndə satış şirkətlərindən biri olan Optimal Elektronika MMC ilə yeni müqavilə imzalayaraq, şirkətin rabitə tərəfdaşı olduğu haqqında məlumatı yayımlayır.

Axar.az xəbər verir ki, sövdələşməyə əsasən “Azercell”in müasir mobil şəbəkəsi üzərindən internet və danışıq xidmətlərindən yararlanmaqla yanaşı, həmçinin Optimal Elektronika MMC-yə şirkətin yenilənmiş, idarəedilən rəqəmsal marketinq xidmətləri vasitəsilə öz rabitə xərclərinə nəzarət etmək, onları öncədən təyin etmək və eyni zamanda alıcılarına ən yaxşı müştəri təcrübəsini yaşatmaq fürsətini təklif edir.

"Mən bu razılaşmanı şirkətimizin iş planlarına əsasən iş prosesinin sadələşdirilməsi, əməliyyat effektivliyinin artırılması və əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm bir addım kimi görürəm. Mürəkkəbliyin azaldılması bizim inkişaf strategiyamızın əsas hissəsidir. Məhsuldarlığı və effektivliyi davamlı olaraq təkmilləşdirməklə, biz müştərilərin ehtiyaclarını daha yaxşı qarşılaya bilərik. Bizim şirkətimizin gələcək inkişafını dəstəkləmək üçün düzgün rabitə platforması təqdim edən “Azercell”lə iş birliyindən məmnunam”, - deyə “Optimal Elektronika" şirkətinin direktoru, cənab Əhəd Əsgərov bildirib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.05.21 / 12:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla