Yuxarı

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 may tarixində Lənkəran Dövlət Universiteti nəzdində “Azercell”in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisinin açılış mərasimi keçirilib. “Akhundoff Group” şirkəti tərəfindən ən müasir avadanlıqla təchiz olunan ofisdə gənclər üçün sahibkarlıq və informasiya texnologiyaları mövzularını əhatə edən təlimlərin keçirilməsi, onlara müxtəlif layihələrin hazırlanmasında yardım edilməsi nəzərdə tutulub.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən “Azercell”in Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya Lənkəran Dövlət Universitetinin rəsmilərinə və “Akhundoff Group” şirkətinin rəhbərliyinə bu təşəbbüsü dəstəklədiklərinə görə təşəkkür edib. “Azercell” tərəfindən ölkədə sahibkarlıq mühitinin inkişafına töhfə vermək məqsədilə 2009-cu ildə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyətindən bəhs edən Nigar Şıxlinskaya, yeni açılan ofisin gənclərə bu sahədə əvəzsiz təcrübə bəxş edəcəyini söyləyib. O, həmçinin regional Barama ofislərinin paytaxt və bölgə universitetlərində təhsil alan tələbələri startap sahəsində bərabər inkişaf imkanları ilə təmin edəcəyini vurğulayıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov öz nitqində yeni istifadəyə verilən mərkəzin əsas məqsədinin kənd təsərrüfatı və texnologiyanı birləşdirmək, bu sahədə ixtisaslı kadrlar, proqramçılar yetişdirmək olduğunu bildirib.

Qeyd etmək istərdik ki, “Azercell” hər zaman gənclərin peşəkar inkişafına və onların mütərəqqi ideyalarının həyata keçirilməsinə xüsusi diqqət ayırıb. Bu istiqamətdə “Azercell”in təşəbbüsü ilə yaradılan ölkənin ilk biznes inkubatoru - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin müstəsna rolu olub. “Azercell” və Paşa Bankın dəstəyi ilə mərkəz fəaliyyəti boyunca bir çox layihələrin müstəqil şirkətə çevrilməsinə yardım edib, müxtəlif tədbirlər, seminarlar və təlimlər keçirib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.05.23 / 16:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla