Yuxarı

Bakı məktəbləri üzrə tam statistika açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin buraxılış siniflərini 49 833 şagird bitirəcək.

Təhsil İdarəsindən Axar.az-a verilən məlumata görə, 2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək.

Paytaxtda 45 616 nəfər I sinfi, 655 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vuracaq.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 399 nəfər bitirəcək.

Bu tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 424 118 şagird təhsil alır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 27 563 müəllim fəaliyyət göstərir.

2018-2019-cu tədris ilində paytaxt üzrə 264 ümumi təhsil məktəbində fəaliyyət göstərən 919 məktəbəhazırlıq qrupunu 23 840 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlıların 90 faizini təşkil edəcək.

İyunun 4-nə (saat 10:00) olan məlumata əsasən, 2018-2019-cu tədris ili üçün paytaxtdakı ümumi təhsil müəssisələrinin I sinfinə mektebeqebul.edu.az saytı vasitəsilə 44 875 sorğu yerləşdirilib. Onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir.

Tarix
2019.06.04 / 11:12
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla