Yuxarı

Günün yol terrorları: 1 ölü, 6 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt-Müşfiqabad yolunda baş verən qəza nəticəsində bir nəfər həyatını itirib, üç nəfər isə ağır yaralanıb.

Axar.az xəbər verir ki, VAZ-21099 və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan ata və azyaşlı uşaq xəsarət alıb, qadın isə dünyasını dəyişib. Avtomobil deformasiyaya uğradığından, həlak olan 32 yaşlı Ceyhunə Əliyevanın meyitini çıxarmaq mümkün olmayıb. Hadisə yerinə gələn FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları xüsusi kəsici alətlərdən istifadə etməklə 32 yaşlı qadının sıxılmış vəziyyətdə qalmış meyitini çıxarıblar.

Paytaxtda da analoji hadisə qeydə alınıb. Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi nəticəsində piyada 37 yaşlı Zaur Vaqif oğlu Əhmədov ağır bədən xəsarətləri alıb.

Şose yolunun 1 saat bağlanması ilə nəticələnən daha bir yol qəzası isə Lənkəranda baş verib. Hadisə bu gün saat 16.30 radələrində Lənkəran - Boradigah yolunun rayonun Veravul kəndi ərazisində qeydə alınıb. Masallı rayon sakini, 48 yaşlı Əkbərağa Həşimovun idarə etdiyi "KamAZ" markalı, ağır tonnajlı yük maşını qarşısında hərəkətdə olan Lənkəran rayonunun Xarxatan kənd sakini, 27 yaşlı Sirac Mehdiyevin idarə etdiyi "Ford" markalı yük mikroavtobusuna çırpılıb. Əks istiqamətdə hərəkətdə olan Lənkəran şəhər sakini Elşad adlı sürücü isə idarə etdiyi "Mersedes" markalı sərnişin mikroavtobusunu qəzadan qaçırmaqdan ötrü yolun kənarına çəkməklə onu kanala aşırıb. Qəza nəticəsində xəsarət alan olmasa da, "KamAZ" və "Ford" markalı maşınlara ciddi ziyan dəyib.

Bundan başqa, rayonda qeydə alınan daha bir yol qəzasında iki nəfər xəsarət alıb.

Balakəndə baş verən qəza da xəsarətsiz ötüşməyib. Minik avtomobilinin at arabası ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Tarix
2014.12.18 / 00:28
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla