Yuxarı

Fransa Azərbaycanda yeni sığorta şirkəti açır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcbari Sığorta Bürosu ilə "Audatex" şirkəti və onu Fransada təmsil edən "Sidexa" şirkəti arasında "Birgə fəaliyyət haqqında" müqavilə imzalanıb.

Bürodan Axar.az-a verilən məlumata görə, müqavilə artıq "Sidexa" şirkətinin ali idarəedici orqanı tərəfindən təsdiq olunub.

Həmin müqaviləyə əsasən növbəti ay ərzində "Solera Azərbaycan" şirkətinin yaradılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə, həmçinin, "Audatex" şirkətinin təklif etdiyi proqram təminatlarının və məlumat bazasının Azərbaycan sığorta bazarına uyğunlaşdırılması və bazara təqdim edilməsi ilə əlaqədar şirkət tərəfindən lazımı işlər həyata keçirilir.

"Solera Azərbaycan" şirkətinin 2015-ci ilin iyulundan fəaliyyətə başlaması planlaşdırılır.

Qeyd edək ki, "Audatex" şirkəti dünyanın bir çox ölkəsində xidmət göstərir. Zərərlərin qiymətləndirilməsi üzrə sahənin inkişaf etdirilməsi, beynəlxalq praktikaya uyğunlaşdırılması və digər sahələrdə xüsusi təcrübəyə sahibdir.

Tarix
2014.12.19 / 16:56
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla