Yuxarı

Şiddətli dolu bu rayonlarda fəsadlar törətdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 26-sı yağan şiddətli dolu Qusar və Quba rayonlarında bir sıra fəsadlar törədib.

Azərtac xəbər verir ki, günorta saatlarında 5 dəqiqə ərzində yağan dolu əsasən biçilməmiş taxıl, tərəvəz sahələrinə və meyvə bağlarına ziyan vurub.

Güclü küləklə müşayət olunan dolu nəticəsində Qusar rayonunun Çiləgir kəndində Pərviz Mustafayevə məxsus evin damı uçub, 40 hektara yaxın taxıl, 27 hektar tərəvəz sahəsi yararsız vəziyyətə düşüb.

Dolu Quba rayonunun bir sıra ucqar yaşayış məntəqələrində də fəsadlar törədib.

İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdən bildirilib ki, dolu meyvə bağlarına, taxıl sahələrinə, kələm, kartof, lobya və pomidor təsərrüfatlarına daha çox ziyan vurub.

Rayon İcra Hakimiyyətlərində dolunun fəsadları ilə bağlı müraciətlər araşdırılır.

Tarix
2019.06.27 / 14:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla