Yuxarı

Jurnalistdən 4 yumurtaya 40 manat aldılar, sonra isə... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:33

Masallıda istirahət mərkəzində jurnalist Yusif Məhəmmədoğlundan 4 yumurta, bir pendir və bir çaynik çaydan ibarət səhər yeməyinə 40 manat ödəniş tələb ediblər.

Axar.az xəbər verir ki, bu barədə Yusif Məmmədoğlu özü qeyd edib. O bildirib ki, olay Masallı rayonunda yerləşən “Viləş Palas” istirahət mərkəzində yaşanıb.

“Masallı rayonunda yerləşən Viləş Palas MMC-də, yəni Viləş İstirahət Mərkəzində səhər yeməyi yedik. Şəkildə də gördüyünüz kimi, 4 yumurta (biri yeyilib) bir pendir və bir çaynik çaya 40 manat tələb etdilər. Hələ də utanmadan deyirlər ki, biz həyətə, yəni otelin binasından kənara səhər yeməyi vermirik. Yəni səhər yeməyini “Viləş”də ancaq oteldə qaldığın halda yeyə bilərsən. Baxın, səhvi biz eləmişik ki, həyətdə səhər yeməyi yemişik”, - jurnalist vurğulayıb.

İstirahət mərkəzindən bildiriblər ki, səhər yeməyi bir nəfər üçün 10 manatdır:

“Bizə bildirdilər ki, səhər yeməyi bir adam üçün 10 manat, uşaqlar üçün isə ödənişsizdir. Belədirsə, deməli, biz 10 manat ödəməli idik. Uşaqlar pulsuzdur axı! Sonra xidmətçidən soruşdum ki, bu stola qoyduğunuz yumurtanı biz 10 yerə bölüb on adama yesək, o zaman nə qədər ödəcəyik? Dedi, 100 manat. Bax, budur turizim”.

“Viləş Palace Hotel” jurnalist Yusif Məhəmmədoğlunun ittihamlarına cavab verib.

Otel rəsmi Feysbuk səhifəsində bununla bağlı qeyd edib:

“Bu, tamamilə yalnış məlumatdır. Otelimizdə kənardan gələn qonaqlar üçün səhər süfrəsi 10 manatdan təklif olunur. Dörd böyük və 1 uşaq olaraq qonaq gəlib. Əvvəlcədən otelin restoranında onlara yer təklif edilib. Bizim oteldə səhər yeməyinə 40-dan çox təam təqdim olunur. Açıq bufetdə limit yoxdur, istədiyiniz qədər yemək götürə bilərsiniz”.

Məlumatda həmçinin bildirilib ki, şikayətçi məqsədyönlü şəkildə otelə qarşı qarayaxma kampaniyası aparıb:

“Nöqsan tapmadıqda böhtan atmağa başlayıb. Biz də barəsində aidiyyəti qurumlara şikayət etdik. Gəliblər bufetlə tanış olublar, qiymətlər bildirilib. Təamlardan dadıblar, lakin sonda təkcə pendir fotosunu paylaşıblar. Otel hətta onları yeməyə qonaq edib. Lakin həmin şəxs “mənim kim olduğumu bilmirsiniz, başınıza oyun açacam” deyərək pulu masanın üstünə atıb. Sonradan heç aidiyyəti olmayan qurumlar bizə zəng ediblər – işıq, qaz, kanalizasiya idarələri və bələdiyyə nümayəndələri. Adamın kimliyi bəllidir. Bütün turizm obyektləri özlərini belə insanlardan qorusunlar”.

Maraqlıdır, otel müştərini niyə yeməyə qonaq etmək istəyib? Tanımadığı müştəridən niyə pul almaq istəməyib?

Otel bu suallara aydınlıq gətirməyib.

Qeyd edək ki, Y.Məhəmmədoğlunun iki azyaşlı övladı var. Yəni otelin açıqlamasındakı "4 böyük, 1 uşaq" təqdimatının dəqiqləşməsinə ehtiyac var.

Tarix
2019.06.28 / 14:59
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla