Yuxarı

BƏƏ-də mühüm iclas: Bakını o təmsil etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BƏƏ-də mühüm iclas: Bakını o təmsil etdi

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi şəhərində Qlobal İqlim Sammitinə hazırlıqla bağlı iclas keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, sammitdən əvvəl iclasın keçirilməsində məqsəd Qlobal İqlim Sammitinin bütün fəaliyyət sahələri üzrə tərəqqinin əldə edilməsi, Sammitdə elan olunması nəzərdə tutulan təşəbbüslərin təkmilləşdirilməsi, nailiyyətlərin və öhdəliklərin qiymətləndirilməsi olub.

Toplantıda Azərbaycan Respublikasını Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təmsil edib.

İclasda 2020-ci ilədək töhfələrin yüksəldilməsi, Milli Səviyyədə Müəyyən Olunan Töhfələrin (NDC) təkmilləşdirilməsi, 2050-ci ilədək karbon emissiyalarının sıfır səviyyəsinə endirilməsi məsələləri müzakirə olunub, enerji səmərəliliyinə keçid üzrə paralel iclaslar və görüşlər keçirilib.

Tədbir çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri ilə Serbiyanın Ətraf mühitin mühafizəsi naziri və Ümumdünya Meteorologiya Təşkilatının baş katibi arasında yeni əməkdaşlıq əlaqələrinin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi məqsədilə ikitərəfli görüşlər də təşkil olunub.

Qeyd edək ki, Qlobal İqlim Sammiti 23 sentyabr 2019-cu il tarixində BMT-nin Baş Katibinin təşəbbüsü ilə Nyu York şəhərində keçiriləcək.

Tarix
2019.07.03 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla