Yuxarı

Prezident İtaliya nümayəndə heyətini qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident İtaliya nümayəndə heyətini qəbul etdi

13:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da İtaliyanın Veneto regionunun prezidenti Luka Zayanı və İtaliya nümayəndə heyətinin üzvlərini qəbul edib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-İtaliya əməkdaşlığının siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə çox uğurla inkişaf etdiyini və iki ölkənin strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirdiklərini deyib.

Dövlət başçısı bildirib ki, qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-İtaliya əlaqələri uğurlu əməkdaşlığın gözəl nümunələrindən biridir. Prezident İlham Əliyev ötən il İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərini bu istiqamətdə atılmış önəmli addımlardan biri kimi dəyərləndirib. İtaliya şirkətlərinin Azərbaycanda böyük layihələrdəki uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini vurğulayıb. Cənub Qaz Dəhlizinin əməkdaşlıq üçün genişmiqyaslı bir layihə olduğunu qeyd edən dövlət başçısı bu layihənin Azərbaycan-İtaliya əlaqələrinə və eyni zamanda, regional əməkdaşlığın inkişafına əsaslı töhfə verdiyini və marşrut boyunca yerləşən ölkələri bir-birinə yaxınlaşdırdığını deyib. Dövlət başçısı İtaliya nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-İtaliya əlaqələrinin daha da inkişaf etdirilməsi üçün önəmli addım olacağını vurğulayıb.

Qəbula görə minnətdarlığını bildirən İtaliyanın Veneto regionunun prezidenti Luka Zaya iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından regionlararası əlaqələrin əhəmiyyətini vurğulayıb. O, təmsil etdiyi region haqqında dövlət başçısına məlumat verərək əməkdaşlığımızın inkişafı üçün böyük potensialın olduğunu bildirib. Azərbaycanın İtaliyanın Veneto regionunda yaxşı tanındığını deyən Luka Zaya “Venesiya Biennalesi” Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Azərbaycan pavilyonunun daim böyük maraqla qarşılandığını deyib. O, eyni zamanda, Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının önəmini də vurğulayıb.

Görüşdə iştirak edən İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Quqlielmo Pikki Azərbaycan ilə İtaliya arasında strateji əlaqələrin mövcudluğunu qeyd edərək iki ölkənin əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. O, TAP layihəsinin yekunlaşmaq üzrə olduğunu vurğulayaraq Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini bir daha qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2019.07.06 / 15:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkələrin vətəndaşları Azərbaycana 3 dəfə vizasız gələ biləcək

Qaradağlı faciəsindən 34 il ötür

Ötən ay vəzifəyə təyin olunmuşdu, indi azad edildi

Bakı ilə Tiflis arasında məsləhətləşmələr aparıldı

Mirzəyev etimadnaməsini İƏT baş katibinə təqdim etdi

İlham Əliyevin Serbiya səfərindən - Video

Vüqar Qurbanovun 300 minlik avtomobili: Nömrəsi... - Foto

Vahidə Rzayeva bu vəzifəyə təyin olundu

Prezidentin Serbiya səfəri: Yeni səhifə açılır

Prezidentin Serbiyaya səfəri: əlaqələr daha da gücləndirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla