Yuxarı

Turist özbaşınalığı: imtina edək? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Turist özbaşınalığı: imtina edək? - Ekspert

Turistlər fərqli olur, turist cəlb edən ölkə heç də həmişə yalnız mədəni və adekvat turistlərin gəlməyəcəyi riskini anlamalıdır. Bizim ölkə də burada istisna deyil.

Bu sözləri Axar.az-a açıqlamasında son zamanlar bəzi ərəb turistlərin davranışları ilə bağlı etirazları şərh edən Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov deyib.

“Dünyanın heç bir yerində turistlərdən özlərini bu və ya başqa ölkəni ziyarət edəcəkləri zaman yaxşı aparacaqlarına dair iltizamnamə alınmır. Belə praktika mövcud deyil. Əgər biz turistlərin cəlbində maraqlıyıqsa, nəticələrə də hazır olmalıyıq. Turist istirahət üçün gəlir. O, bir qədər ayıq vəziyyətdə olmaya bilər, yersiz zarafat edə bilər və s. Əgər hər hadisəyə xüsusi diqqət yetirsək, o zaman turistlərdən imtina etməyimiz gərəkəcək. Təsəvvür edin ki, yalnız turistlərdən nə qədər insan gəlir əldə edir”.

N.Bağırov ölkəyə gələn turistlərlə yerli əhali arasında müəyyən fikir ayrılığının ola biləcəyini və bunun çox normal hal olduğunu deyib:

“Məsələn, ərəblərin davranışında bizim düşüncə tərzimizlə uyğunlaşmayan çox şey var. Neyləməliyik, onlar bizim qonaqlarımızdır. Bəzi məsələləri şişirtmək olmaz. Hər birimiz Türkiyə kurortlarında fərqli ölkələrdən olan turistlərin necə dalaşdığına dair videoçarxlar görmüşük. Buna rəğmən Türkiyədə turizm bu günə qədər ölkə büdcəsi üçün ən gəlirli sahədir”.

Tarix
2019.07.06 / 15:09
Müəllif
Əli, İlkin
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla