Yuxarı

Azərbaycanda elmi müəssisələr özəlləşdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bəzi dövlət elmi müəssisə və təşkilatları özəlləşdiriləcək.

Report xəbər verir ki, bu barədə müddəa Milli Məclisin plenar iclasına tövsiyyə olunan "Elm haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində qeyd olunub ki, müəyyən müddət ərzində və 5 ildən çox olmamaqla elmi nəticələr əldə etməyən, təkrar akkreditasiyadan keçməyən və ya müflis elan edilən elmi müəssisələr özəlləşdirilməyə açıq elan edilə bilər. Həmin maddənin 1-ci bəndində qeyd olunub ki, dövlət elmi müəssisə və təşkilatları yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilməyə açıq elan oluna bilər.

Qanun layihəsində özəlləşdirilməsi qadağan olan dövlət elm müəssisələri barədə də müddəa öz əksini tapıb. Qeyd olunub ki, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisə və təşkilatları, eləcə də onların nəzdində fəaliyyət göstərən qurumların özəlləşdirilə bilməz.

Qeyd edək ki, "Elm haqqında" qanun layihəsi Milli Məclisin Elm və Təhsil komitəsində bu həftə müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Tarix
2014.12.27 / 09:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

Keçmiş gömrük əməkdaşının cəzası elan olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla