Yuxarı

100 il öncə çadradan çıxmışıq, indi çadraya bürünürük... – Sədr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində “Radikal dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?” mövzusunda ictimai müzakirə keçirilib.

Axar.az xəbər verir ki, tədbir “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub. Layihə rəhbəri, “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva deyib ki, bu tədbirin Gəncə şəhərində keçirilməsi təsadüfi deyil:

“Bir il əvvəl (2018-ci ilin 3 iyulunda) Gəncə şəhərində icra başçısını odlu silahla qətlə yetirmək cəhdi olub. Bu, bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində öz məkrli siyasi maraqlarını həyat keçirmək istəyən qrupların dövlətçiliyə qarşı təxribatı kimi qiymətləndirilir. İyulun 10-da radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki yüksək rütbəli polis zabitini qətlə yetirməsi isə Gəncə hadisələrinin kulminasiyası idi. Azərbaycanın ikinci böyük şəhərində bu cür hadisələrin baş verməsi qarşısıalınmaz proseslərə yol aça bilərdi. Amma hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində bu təxribatların qarşısı alındı. Lakin dini şüarlarla pərdələnən, təxribatçı qüvvələr hələ də internet resurslarında və mümkün olan hər yerdə Gəncə hadisələrini “qəhrəmanlıq salnaməsi” kimi təqdim etməkdədir”.

Ülkər Abdullayeva bildirib ki, əslində bu layihəni həyata keçirməyə təkan verən amillərdən biri də Gəncədə baş verən həmin olaylar olub. O qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və burada dindən siyasi alət kimi istifadə etməyə cəhdlər dövlətin təməlini sarsıda bilər. Son zamanlar Azərbaycanda radikal dindarların sayının nəzərəçarpacaq dərəcədə artdığını vurğulayan QHT sədri bu sırada xeyli qadının da olduğunu diqqətə çatdırıb:

“İlk respublikamızın qurucuları qadınlarımızı çadradan, dini xurafatdan, cəhalətdən azad olmağa, dünyəvi təhsil almağa ruhlandırmışdılar. Təəssüf ki, 100 ildən sonra Azərbaycan qadınları yenidən çadraya bürünərək radikal dini cərəyanların təsiri altında fundamentalizmə, cəhalətə yuvarlanmaqdadır” .

Tarix
2019.07.10 / 15:57
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla