Yuxarı

Polkovnik: qadının bölmədə vurduğu polis... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kadrlardan da görünür ki, polis əməkdaşları böyük səbir və mədəniyyət nümayiş etdirirlər. Belə məqamda hər kəs soyuqqanlılığını qoruya bilmir. Ancaq bu elə məhz polisə xas hərəkətdir.

Bu sözləri Axar.az-a keçmiş polis rəisi Mahmud Hacıyev Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis Bölməsinə gələn Arzu Əliyevanın oğlu Qorxmaz Cahangirovun saxlanılmasına etiraz olaraq bölmənin şüşəsini sındırması, polis əməkdaşına hücum edib onu vurması ilə bağlı danışarkən deyib.

M.Hacıyev bildirib ki, orada polis əməkdaşları qadının hücumunun qarşısını da ala bilərdi, bəlkə hansısa polis dözməyib müqavimətə qarşılıq göstərmədən qadının əlini tuta da bilərdi. Lakin o polislər bunların heç birini etməyib:

“Polisə qarşı hərəkətinə görə qadına cinayət işi qaldırıla bilər. Polisə yumruq atmaq, paqonuna, çiyninə əl atmaq, polis bölməsinin şüşəsini sındırmaq qeyri-qanuni hərəkətlərdir.

Polis hüquq-mühafizə orqanıdır, qadının hərəkəti qeyri-qanuni olduğuna görə də polisin tam hüququ var ki, cinayət işi qaldırsın”.

Polkovnik sona qədər səbir nümayiş etdirən polislərin nümunəvi davranış sərgilədiyini də vurğulayıb.

Xatırladaq ki, sosial şəbəkələrdə Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis Bölməsində şəhid ailəsi olduğu deyilən xanıma təzyiq edilməsi ilə bağlı yayılan məlumatdan sonra Daxili İşlər Nazirliyi hadisənin əslində necə baş verdiyini əks etdirən görüntüləri paylaşıb.

Bildirilib ki, Xətai rayonunda yaşayan Arzu Əliyeva oğlu, velosiped oğurluğunda şübhəli kimi Xətai RPİ 36-cı Polis Bölməsinə gətirilən və üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 0,85 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək, Xətai RPİ İstintaq şöbəsinə göndərilən Qorxmaz Cahangirova görə bölməyə gələrək, orada polislərə təzyiq göstərib. Qadın polis əməkdaşlarından birinə hücum edib və onun üzünə yumruq vurub.

Sonra A.Əliyeva bölmənin qapısının şüşəsini sındırıb.

Tarix
2019.07.10 / 16:23
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla