Yuxarı

İnflyasiya baş versə və manat ucuzlaşsa... – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnflyasiya baş versə və manat ucuzlaşsa... – Millət vəkili

Əmək pensiyalarının minimum məbləğinin artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisdə qəbul edilib.

Axar.az xəbər verir ki, qanun layihəsini iqtisadiyyat və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim edib.

Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatdırılmaqla ödənilir”.

Deputat Qüdrət Həsənquliyev qanun layihəsinin müzakirəsi zamanı təkliflə çıxış edib:

“Qanun çox mütərəqqidir. Amma burada indeksləşmə məsələsi var ki, ildə bir dəfə nəzərdə tutulur. Hesab edirəm ki, payız sessiyasında bu məsələyə yenidən baxa bilərik. Çünki Azərbaycanda 2015-ci ildə 2 dəfə devalvasiya oldu. Təbii ki, istəməzdik ki, manat nə vaxtsa yenə ucuzlaşsın. Amma biz qanunverici orqan olaraq bütün məsələləri nəzərə almalıyıq. İlin əvvəlində indeksləşmədən sonra manat ucuzlaşarsa və ya inflyasiya baş verərsə, aztəminatlı, pensiya və sosial yardım alan əhali gözləməlidir ki, ilin sonunda indeksləşmə olacaq? Ona görə də hesab edirəm ki, indeksləşməni ildə bir dəfə yox, hər ay etmək lazımdır. Aidiyyəti qurumlar nə iş görür ki? İndeksləşməni hər ay aparmaq problem yaratmaz”.

Tarix
2019.07.12 / 13:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

İlham Əliyev III Msvatini qəbul etdi

İlham Əliyev Pəncabın baş naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla