Yuxarı

Bakıdan Şarm əl-Şeyxə birbaşa uçuşlar başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 18-də Bakı-Şarm əl-Şeyx birbaşa aviareysi fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən tədbirdə Misirin Azərbaycandakı səfiri Adel İbrahim, aeroportun direktoru Teymur Həsənov, Qazaxıstanın “SCAT Airlines” aviaşirkətinin vitse-prezidenti Vladimir Sitnik və digər nümayəndələr iştirak ediblər.

Səfir A.İbrahim Misir turizminin əvvəllər olduğu kimi, son illər ərzində də yüksək dərəcələrə və rekord göstəricilərə nail olduğunu vurğulayaraq beynəlxalq ekspertlərin şahidliyi ilə ölkədə təhlükəsizliyin, sabitliyin olduğunu və hökumət tərəfindən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi təhlükəsizlik qaydalarına riayət edildiyini deyib. O, ölkəsinin turizm bölgələrini ziyarət etmək arzusunda olan, qədim Misir mədəniyyəti ilə tanış olmaq istəyən azərbaycanlı turistləri qəbul etməyə hazır olduğunu qeyd edib.

A.İbrahim, həmçinin Bakı-Şarm əl-Şeyx birbaşa reysinin Misir və Azərbaycan arasındakı turizm əlaqələrinin genişləndirilməsində böyük əhəmiyyət daşıyacağını bildirib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov isə deyib ki, Misirin istirahət zonası olan Şarm əl-Şeyxə birbaşa uçuşlar iyulun 18-dən etibarən həftənin cümə axşamı günləri Qazaxıstanın Azərbaycandan beşinci "hava azadlığı" hüququ qazanan "SCAT Airlines" aviaşirkətinin "Boeing 757" təyyarəsi ilə həyata keçiriləcək.

O, bu reyslə Misirə səfər edəcək azərbaycanlı turistlərin sayının artacağına ümidvar olduğunu deyib.

Tarix
2019.07.18 / 19:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla