Yuxarı

Kür çayında suyun səviyyəsində artım var - ETSN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kür çayında suyun səviyyəsində artım var - ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 110, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-80, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 110-140 faizini təşkil edir.

Departamentdən Axar.az-a bildiriblər ki, iyulun 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 83 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 40 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 55 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 49 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 9 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 10 faizinə bərabərdir.

İyulun 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 318 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 57 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 1 santimetr azalıb və 69 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 1 santimetr azalaraq 158 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 3 santimetr azalaraq 27 santimetr təşkil edib.

Tarix
2019.07.19 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzurda müharibə üçün hərəkətə keçdilər - Akopyan

Bakı Moskvadan hansı addımları gözləyir? - Ekspert

Əliyevlə Paşinyanın 2 ayda 4-cü görüşü... - Ekspert

Şad xəbər: faizsiz kreditlər veriləcək - Yeni sistem

İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto

Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla