Yuxarı

Bakıda mənzil bazarında - Son durum

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda mənzil bazarında - Son durum

Yay ayları olduğu üçün ümumiyyətlə mənzil bazarında nisbi ucuzlaşma hiss olunur. Konkret olaraq yay ərəfəsində - mayda Bakının təkrar mənzil bazarında qiymətlər aprel ayı ilə müqayisədə artıq 1,8 faiz azalıb, ötən ilin may ayı ilə müqayisədə isə 5,1 faiz artıb.

Axar.az "MBA Group" konsaltinq şirkətinin məlumatına istinadən xəbər verir ki, bu ilin mayında mənzilin bir kvadrat metri üçün orta qiymət 1008 dollar təşkil edib, ötən ilin eyni dövründə isə bu göstərici 959 dollara bərabər olub.

Təkrar bazarda ekonom tipli mənzillərin qiyməti bu ilin mayında bir kvadrat metr üçün 712 dollar təşkil edib. Ötən ilin aprelində bu rəqəm 767 dollar olub.

Təkrar mənzil bazarında satışa çıxarılan mənzillərin 35,9 faizi üçotaqlı, 30,2 faizi ikiotaqlı, 13 faizi birotaqlı mənzillər olub.

Dörd və daha çox otaqlı mənzillərin payı 20,8 faiz təşkil edib.

Bakıda təkrar mənzillər daha çox Yasamal (23,9 faiz), Nərimanov və Binəqədi (17,2 faiz), Xətai (16,7 faiz) və Nəsimi rayonlarında (14,5 faiz) satışa çıxarılıb.

Tarix
2019.07.25 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan Türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla