Yuxarı

Bakı metrosunda daha iki yeni qatar xəttə buraxıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni QSC-nin yeni tipli vaqonların sayı 45-ə çatdırılıb.

Bu barədə Axar.az-a QSC-dən bildirilib.

Məlumata görə, Bakı metropoliteni üçün Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan Metrovaqonmaş ASC-nin istehsalı olan 10 vaqondan ibarət növbəti iki qatar xəttə buraxılıb.

İyul ayında Bakıya gətirilmiş vaqonlarda ötən müddət ərzində istehsalçı müəssisənin mütəxəssisləri tərəfindən sazlama, tənzimləmə və texniki təlimat tələblərində göstərilən sınaq işləri aparılıb.

81-765.Б/766.Б modelli vaqonlar müasir dövrün tələblərinə uyğun olaraq texnoloji innovasiyalar baxımından 4-cü nəslə aiddir. Sərnişin təhlükəsizliyi və rahatlığına görə dövrün ən son yenilikləri, habelə Bakı Metropoliteni QSC-nin bütün texniki tələbləri nəzərə alınmaqla istehsal edilmiş vaqonların istismar müddəti 30 ildir.

Məlumat üçün bildirək ki, 2019-cu il yanvar ayının 31-də "Transmaşholdinq" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, cari il ərzində Bakı metropoliteni üçün 30 yeni tipli vaqon istehsal olunmalı idi. Onlardan ümumilikdə 10 vaqondan ibarət iki qatar tərkibi iyun ayının 4-də Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun və Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynovun iştirakı ilə Bakıya yola salınaraq, iyul ayının 2-də sazlama və sınaq işlərindən sonra xəttə buraxılıb.

Cari il üçün nəzərdə tutulmuş 10 vaqondan ibarət son iki qatar isə avqust ayının sonuna kimi Bakıya gətiriləcək. Sentyabr ayında həmin qatar tərkibləri də müvafiq sazlama, tənzimləmə və sınaq işlərindən sonra xəttə buraxılacaq. Bununla Bakı metropoliteninin xətlərində innovasiyalar baxımından 4-cü nəslə mənsub vaqonların sayı 55-ə çatdırılacaq.

Tarix
2019.08.22 / 11:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla