Yuxarı

Bakıda olay: tur şirkəti 20 ailəni aldatdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda olay: tur şirkəti 20 ailəni aldatdı - Foto

Bakıda məşhur tur şirkətlərindən biri 20-dən çox ailəni Antalyaya səyahət adı ilə aldadaraq, pullarını mənimsəyib. Turistlər aldadıldıqlarını hava limanında ikən başa düşüblər.

Axar.az xəbər verir ki, bu haqda məlumatı Leyla Məmmədova adlı zərərçəkən yayıb. Şikayətçi bildirib ki, “InTravel.Az” tur şirkətindən Türkiyənin Antalya şəhərinə tur-paket alıblar. Uçuş bu gün nəzərdə tutulsa da, səfər alınmayıb:

“Qızım, yoldaşım, mən, qardaşım və anam bu gün səhər Antalyaya uçmalıydıq. “InTravel.Az” tur şirkətinə tam ödəniş edərək, möhürü, imzası və qəbzi olan sənəd almışdıq. Səhər hava limanında anlaşıldı ki, nə bilet var, nə də otel.

İş orasındadır ki, biz tək deyilik. Bizim kimi aldadılmış 20-dən çox ailə var və hamımız da aldadıldığımızı hava limanında öyrənmişik”.

Zərərçəkən bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər:

“Təbii ki, qanun qarşısında cavab verəcəklər, pulumuzu geri alacağıq. Amma mənim və ailəmin yaşadığı stressin bədəlini heç kəs ödəyə bilməyəcək. Belə turizm firmaları bağlanmalıdır. Bununla bağlı hüquq-mühafizə orqanlarının tədbir görəcəyinə inanıram”.

Sözügedən tur şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, cavab almaq mümkün olmadı. Bizimlə telefonda danışan əməkdaşlardan biri suallarımızı eşidər-eşitməz əlaqəni kəsdi.

Tarix
2019.08.27 / 11:10
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla