Yuxarı

DYP-dən valideynlərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən valideynlərə xəbərdarlıq

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə bağlı valideynlərə müraciət edib.

İdarənin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Axar.az-a açıqlamasında valideynləri ilk dərs günü ilə bağlı diqqətli olmağa çağırıb:

"Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət edəcək. Təhsil müəssisələri, onlara bitişik küçə və yollar nəzarətə götürülməklə xidmət davam etdiriləcək. Hərəkətin sıxlığını nəzərə alaraq, valideynlər təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkət edərkən yolların hərəkət hissəsində dayanıb məktəblilərin düşürüb mindirilməsinə diqqət yetirsinlər. Niyə diqqət yetirsinlər? Bir istiqamətli iki hərəkət zolağı olan avtomobil yolunda təxminən 30 saniyə dayanmaq eyni istiqamət üzrə hərəkətdə olan 60-a yaxın nəqliyyat vasitəsinin sürücüsünün təxminən 7-10 dəqiqə ləngiməsi deməkdir. Ona görə də avtomobil sürücüləri və sahibləri təhsil müəssisələri istiqamətində hərəkət edərkən diqqətli olmalı və başqa hərəkət iştirakçılarını da düşünməlidir. Ən azından avtomobili olmayan və ictimai nəqliyyat vasitələri ilə hərəkət edən sərnişinlərin də məktəb istiqamətində və yaxud işə ləngiməmələri üçün bu tələblər mütləq yerinə yetirilməlidir".

Tarix
2019.09.11 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

Sərnişin və yük daşımalarına icazə alınması ilə bağlı yenilik

Ağ Ev Əliyevlə Paşinyanın bu fotosunu paylaşdı

Məlahət Gözəlova rəis müavini təyin olundu

Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...

Prezidentlər arasında məktub mübadiləsi...

Mehmanın Mehdiyev və FSB etirafı – Niyə “rusca”?

Zülfüqarov ABŞ-dakı insidentdən nələr dedi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla