Yuxarı

Nuru Paşaya vicdan borcumuz var - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nuru Paşaya vicdan borcumuz var - Millət vəkili

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin birgə təşkilatçılığı, Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə Bakının erməni daşnak və bolşevik işğalçılarından azad olunmasının 101 illiyinə həsr edilən “Qafqaz Türk İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının əvəzolunmaz ifaçısı Şəmistan Əlizamanlının aparıcılıq etdiyi gecədə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Tədbiri giriş sözü ilə açan ATXƏM sədri İlham İsmayılov bu günün tarixi önəmindən danışaraq, Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin tariximizdə yeri və rolundan bəhs edib.

Tədbirin təşkilatçılarından olan Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Azərbaycanı xilas etməyi özünə qardaşlıq borcu bilən Nuru Paşadan bəhs edib:

“Nuru Paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. Bakının işğaldan azad edilməsi böyük tarixi hadisədir. Bu hadisə xalqımızın tarixində mühüm rol oynayıb.Qafqaz Türk İslam Ordusu Azərbaycana gəlib, Azərbaycanın igid oğulları ilə birlikdə Bakını erməni daşnakları və bolşeviklərdən xilas edib. Nuri Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusu daim ehtiramla xatırlanıb, bundan sonra da xatırlanacaq. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən bariz nümunəsidir”.

Q.Paşayeva çıxışında Azərbaycan-Türkiyə qardaşlığı, münasibətlərinin daha da güclənməsi istiqamətində aparılan dövlət siyasəti nəticəsində əlaqələrin yüksək səviyyəyə çatdığını bildirib.

Millət vəkili gənclərimizi ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə də çağırıb.

Daha sonra Türkiyədən gəlmiş “Türkiyə” qəzetinin yazarı Məryəm Aybikə Sinan, Əhməd Yasəvi Vəqfinin rəhbəri Fatma Sönməz, “Ötükən” nəşriyyatının başçısı Ayşəgül Büşra Çalık və Türkiyə və Şimali Kiprdən gəlmiş qazilər Türkiyə-Azərbaycan qardaşlığından, ən çətin zamanlarda bir-birinə dayaq olmalarından danışıblar.

Fatma Sönməz Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında göstərdiyi fəallıq və türk dünyası istiqamətində gördüyü işlərə görə Əhməd Yasəvi Vəqfi adından Q.Paşayevanı mükafatlandırıb.

Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, xalq şairi Nəriman Həsənzadə və b. çıxışlarında 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən söz açıblar.

Tədbirin ədəbi-bədii hissəsində Ş.Əlizamanlı türkçülükdən, bayrağımızdan, Nuru paşadan bəhs edən ifalar səsləndirib.

Sonda tədbirdə iştirak edən qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Tarix
2019.09.14 / 17:44
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla