Yuxarı

Sumqayıta alternativ yol olacaq – Sıxlığa son

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıta alternativ yol olacaq – Sıxlığa son

Hüquqşünas Vamiq Şükürovun Bakı-Sumqayıt yolundan Masazır kəndinə gedən yolla bağlı irəli sürdüyü təklifə aidiyyəti qurum tərəfindən baxılıb.

Axar.az xəbər verir ki, bu barədə hüquqşünas özü məlumat paylaşıb. O bildirib ki, Bakı-Sumqayıt yolundan Masazır kəndinə, xüsusən də Yeni Bakı və Qurtuluş-93 Yaşayış Kompleksinə gedən yolun təmir olunması ilə əlaqədar irəli sürdüyü təkliflə bağlı bir neçə aidiyyəti quruma məktub da göndərib:

“Yolun təmir olunması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Bakı Nəqliyyat Agentliyinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məktub göndərmişdik. Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən cavab gəlib ki, məktubunuz baxılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərilib”.

Xatırladaq ki, yol-nəqliyyat eksperti, hüquqşünas Vamiq Şükürov Bakı-Sumqayıt magistralında hər gün yaşanan tıxac probleminin aradan qaldırılması üçün Sumqayıt yolu ilə Qurtuluş-93, o cümlədən Yeni Bakı Yaşayış Kompleksi məhəlləsini birləşdirən yoldan istifadəni təklif etmişdi. Ekspert bildirmişdi ki, həmin yoldan istifadənin təmin edilməsi üçün yol yüksək səviyyədə təmir edilməlidir.

Tarix
2019.09.16 / 16:31
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla