Yuxarı

Paşayeva medallara layiq görüldü – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva medallara layiq görüldü – Foto

Millət vəkili Qənirə Paşayeva Nuru Paşanın rəhbərliyi altında Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və Bakını işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəvətilə ölkəmizə gələn Türkiyə Müharibə Qaziləri Dərnəyinin, Türkiyənin Ehtiyatda Olan Zabitlər Dərnəyi, Şimali Kipr Türk Cümhuriyyətinin Türk müqavimət hərəkatının və başqa dərnəklərin üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə çıxış edən Q.Paşayeva şəhidləri hər zaman böyük sevgi və sayğı ilə yad edəcəklərini deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı haqda məlumat verən deputat Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb.

O, iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmini vurğulayıb.

Görüşün sonunda millət vəkili tədbir iştirakçılarına Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr bağışlayıb.

Türkiyə Müharibə Qaziləri Dərnəyinin, Türkiyənin Ehtiyatda Olan Zabitlər Dərnəyi, Türkiyə Müharibə Veteranları Birliyi, Şimali Kipr Türk Cümhuriyyətinin Türk Müqavimət Hərəkatının üzvləri hər zaman Azərbaycanın yanında olduqları bildiriblər və hər bir təşkilat millət vəkili Q.Paşayevaya xatirə medallarını təqdim edib.

Tarix
2019.09.17 / 16:07
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla