Yuxarı

Kəmaləddin Heydərov Litzenberqerlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov Litzenberqerlə görüşdü

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov 19 sentyabr 2019-cu il tarixində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb.

FHN-dən Axar.az-a verilən məlumata görə, səfir Örl Litzenberqeri səmimi salamlayan nazir Kəmaləddin Heydərov qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər və nazirliyin fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat verib. O, Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın fövqəladə hallarla mübarizə sahəsində fəaliyyət göstərən müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini səfirin diqqətinə çatdırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir ölkələrimizin fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra nazirliyin Böhranların idarə edilməsi zalına baş çəkən səfir zalın fəaliyyəti ilə yaxından tanış olub.

Tarix
2019.09.19 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla