Yuxarı

Deputat təkzib etdi və girovda olan vəsiqənin fotosu yayıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat təkzib etdi və girovda olan vəsiqənin fotosu yayıldı

12:30

Millət vəkili Rafael Cəbrayılovun deputat vəsiqəsini borc pul müqabilində girov qoyması ilə bağlı məlumat ölkə gündəmini zəbt edib.

Axar.az xəbər verir ki, bununla bağlı ilk məlumatı Report yaymışdı. Məlumatda bildirilirdi ki, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.

Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs Rafael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

R.Cəbrayılov Teleqraf.com-a açıqlama verən deputat bildirib ki, özü təkzib açıqlaması yayacaq: “Ona görə də bu mövzuda danışmaq niyyətim yoxdur”.

Deputat həmçinin qeyd edib ki, ona qarşı kampaniya aparılır və yazılanlar əsassızdır.

Yenisabah.az isə girovluqda olan vəsiqələrin fotolarını yayıb. Vəsiqələrdən biri Təranə Fətəliyevaya, digəri isə Xatirə Nəcəfovaya girov olaraq verilib.

Bunun ardınca Modern.az saytına növbəti açıqlamasında Rafael Cəbrayılov bu barədə danışmayacağını bildirib:

“Bu, tamam başqa məsələdir. O adamla dostam. Xaricə gedəndə hesaba pul qoyulmalıdır ki, gedən adam qayıdıb gələcək. Başqa heç nə danışmaq istəmirəm. Susuram”.

Tarix
2019.09.20 / 16:52
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın Azərbaycan vasitəsilə İrana yardımı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla