Yuxarı

Ermənilərin fəaliyyəti heç nəyi dəyişməyəcək – İranlı deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin fəaliyyəti heç nəyi dəyişməyəcək – İranlı deputat

İranda yaşayan erməni diasporunun fəaliyyəti Tehran ilə Bakı arasındakı münasibətlərə heç bir mənfi təsir göstərə bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində İran İslam Şurası Məclisinin (parlamentin) deputatı, İran-Azərbaycan parlamentlərarası işçi qrupunun həmsədri Salman Xodadadi deyib.

O bildirib ki, İran və Azərbaycan prezidentlərinin görüşlərinin və ölkələrimiz arasında imzalanan sənədlərin sayına diqqət yetirsək, rəsmi Tehranın hansı dövlətlə əlaqələrini inkişaf etdirmək istəyində olduğunu görərik. Son beş ildə İran və Azərbaycan prezidentləri doqquz dəfə görüşüblər. Lakin Ermənistanın siyasi rəhbərliyi ilə yalnız iki dəfə görüş keçirilib. İran ilə Azərbaycan arasında əməkdaşlıq haqqında 155-dən çox sənəd imzalandığı halda Ermənistan ilə cəmi 8 sənəd imzalanıb. Bundan başqa, nazirlərin və hərbçilərin qarşılıqlı səfərləri də uğurlu olub. İran ilə Azərbaycan rəsmilərinin qarşılıqlı səfərlərinin intensivliyi rəsmi Tehranın Bakı ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini göstərir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan S.Xodadadi bildirib ki, İran birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır. Deyilənləri sübuta yetirmək üçün ötən ilin dekabrında İranın Sərhəd Qoşunlarının Komandanı, general Qasım Rzayinin Azərbaycanda səfərdə olarkən verdiyi bəyanatı xatırlamaq kifayətdir. General rəsmi şəxslərlə görüşdən sonra bəyan etdi ki, “İran Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir”. Cari ilin yanvarında isə Azərbaycana səfər edən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqerinin də bənzər bəyanatını qeyd etmək lazımdır. M.Baqeri bəyan edib ki, “İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

“Bütün bunları nəzərdən keçirdikdən sonra deyə bilərik ki, İrandakı erməni diasporunun fəaliyyəti heç nəyi dəyişməyəcək. Bu fəaliyyət İran-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək iqtidarında deyil. Ermənistan sadəcə olaraq, İranın qonşusudur.

Biz hər zaman Azərbaycan Respublikasının yanındayıq, Azərbaycan Respublikası bizim qəlbimizdədir. Azərbaycanın inkişafı bizi sevindirir və heç bir dövlət ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini poza bilməz”, - deyə S.Xodadadi vurğulayıb.

Tarix
2019.09.22 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla