Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Oktyabr 2019


Polisin elit dəstəsi Qubada cinayətkar dəstəni yaxaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları Quba və Qusar rayonlarının meşə massivlərində ağacları kütləvi olaraq qıran dəstə üzvlərini saxlayıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə respublikanın meşə fondunun qorunması istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçirib.

Belə ki, Quba və Qusar rayonları ərazilərində meşə massivlərində ağacların kütləvi olaraq qırılması halları barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Qeyd edilən ərazilərə polis əməkdaşları baxış keçirən zaman ağacların kütləvi kəsilməsi faktı ilə bağlı daxil olan məlumat təsdiqini tapıb. Qanunsuz olaraq kəsilən ağacların kötükləri polis əməkdaşları və ekspertlərin iştirakı ilə müayinədən keçirilib.

Baş İdarənin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd edilən rayonların meşə massivlərində ağacların kütləvi olaraq qırılması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvlərinin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Həmin dəstəyə daxil olan 12 nəfər qısa zamanda saxlanılaraq Baş İdarəyə gətirilib.
Mütəşəkkil dəstənin Quba və Qusar rayonlarında fəaliyyət göstərən ağac emalı sexlərinə baxış zamanı qanunsuz kəsilmiş fıstıq, vələs, qoz, palıd və sair ağacların oduncaqları aşkar olunub. Təyin edilmiş ekspertiza nəticəsində müəyyən olunub ki, məhv edilən yaşıllıqlar qiymətli ağac növlərinə aiddir və kəsilməsi qanunla qəti qadağan olunur.
Saxlanılan şəxslər barəsində Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.

Qeyd edək ki, Quba Qusar rayonları ilə yanaşı respublikanın digər meşə sahələrinin qanunsuz qırılmasına qarşı Daxili İşlər, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə tədbirlər davam etdirilir. Qanunsuz olaraq meşə sahələrində ağac kəsimi ilə məşğul olan şəxslərə xəbərdarlıq edilərək bildirilir ki,
bu əməllərə yol verən şəxslər qısa zamanda müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Tarix
2019.10.08 / 10:53
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Ermənilərin Naxçıvan planı necə məhv edildi? - Video

Bakıda yüksək vəzifə tutmuş ermənilər: Baş prokuror, nazir...

Müsavat başqanı seçilə bilmədi: səbəbini yazdı

Türkiyə azərbaycanlı uşaqlar üçün bunu göndərdi - Foto

Mirhəsən Seyidov sədr seçildi

Bakıda 4 otaqlı ev yandı

Tramp vədini yerinə yetirmədi - Putin

Zakir Qaralov Gəncəyə yeni prokuror təyin etdi

Nazir yeni müdir təyin etdi

Prezident ailəsi ilə istirahətdə - Fotolar

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla