Yuxarı

MM-də müzakirə: Novruzov Baş nazirin istefasından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MM-də müzakirə: Novruzov Baş nazirin istefasından danışdı

12:00

Milli Məclisin bu günə təyin olunan plenar iclası başlayıb.

Axar.az xəbər verir ki, iclasın gündəliyinə daxil olan məsələlərdən birincisi – Baş nazir Novruz Məmmədovun istefası və Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun baş nazir vəzifəsinə təsdiqlənməsi məsələsinə baxılır.

Prezident İlham Əliyevin yeni baş nazir postuna namizəd olaraq təklif etdiyi Əli Əsədovun çıxışından sonra səsvermə keçiriləcək.

***

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Axar.az xəbər verir ki, iclasda Əli Əsədovun Azərbaycan Respublikasınıb Baş naziri təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılıb.

Parlamentin sədri Oqtay Əsədov bildirib ki, gündəliyin birinci məsələsi Əli Əsədovun Baş nazir təyin edilməsi barədədir:

“Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə əlaqədar Prezident İlham Əliyevə müraciət edib. Novruz müəllim 1997-ci ildən mərhum Prezident Heydər Əliyev, daha sonra cənab Prezident İlham Əliyevlə işləyib. İyirmi ildən çox Prezident Adminstrasiyasında çalışıb. Son 1,6 il müddətində Baş nazir vəzifəsini daşıyıb”.

Spiker əlavə edib ki, Əli Əsədovun Baş nazir vəzifəsini ləyaqətlə yerinə yetirəcəyinə inanır.

Sonra deputatların çıxışı başlayıb.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Novruz Məmmədova təşəkkür edib.

***

Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə yekdilliklə razılıq verib.

Tarix
2019.10.08 / 12:23
Müəllif
Axar.az
Digər xəbərlər

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla