Yuxarı

Elmi tədqiqat: İkinci dilin mənimsənilməsi... - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda psixolinqvistika elmi əsasında ikinci dilin mənimsəməsindən ilk elmi tədqiqat işi aparılıb.

Kult.az xəbər verir ki, “Psixolinqvistika: uşaqların xarici dilləri mənimsəməsi” adlı kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Musəvidir. Metodik vasitə rus dilində qələmə alınıb və üç yarımbölmədən ibarətdir.

Monoqrafiyalar toplusunun təqdimatı Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda baş tutub. Tədbirdə iştirak edən Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Baltikyanı dövlətlərin ən böyük məktəbi sayılan Riqa Klassik Gimnaziyasının müdiri Roman Əliyev, filologiya elmləri doktoru Roza Eyvazova, professor Mayıl Əsgərov və digər alimlər çıxışlarında qeyd ediblər ki, “Psixolinqvistika: uşaqların xarici dilləri mənimsəməsi” kitabı linqivistika sahəsində çalışan müəllimlər üçün əhəmiyyətli metodik vəsaitə çevriləcək.

Təqdimatda çıxış edən kitabın müəllifi Zülfiyyə Musəvi uşaqların xarici dili mənimsəməsinin vacib məsələ olduğunu, onun həllinin kitabda tapıldığını diqqətə çatdırıb. Müəllifin sözlərinə görə, ölkəmizdə ilk dəfə olaraq, kitabda psixolinqvistikanın bilinqval tərəfinə toxulunub. Bundan başqa, kitabda Azərbaycanda və xaricdə uşaq nitqi, eyni zamanda uşaq ikidilliliyi məsələləri ilə bağlı tədqiqatın nəticələri göstərilib. Əsər zəngin elmi ədəbiyyatın təhlili əsasında yazılıb.

Ön sözün müəllifi professor Qəzənfər Kazımovdur.

Tarix
2019.10.10 / 01:15
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla