Yuxarı

Prezidentin inkişafını tələb etdiyi bu sahə... - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar mexanizminin səmərəli fəaliyyət göstərməsinin institusional əsaslarının inkişaf etdirilməsi üçün insan və mülkiyyət hüququnun konstitusion əsaslarla müdafiəsinin tam təmin edilməsi istiqamətində fundamental islahatların həyata keçirilməsi vacibdir.

Bu sözləri Axar.az-a millət vəkili Əli Məsimli Prezident İlham Əliyevin keçirdiyi iqtisadi müşavirədə qeyri-neft sektoru ilə bağlı iradlarına münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, qeyri-neft sektorunun potensialımıza layiq səviyyədə inkişafına nail olmaqdan və bu sahənin büdcəyə töhfəsini artırmaqdan ötrü məsələyə kompleks yanaşmaqla hələ çox işlər görmək lazımdır:

“Azərbaycan iqtisadiyyatında və cəmiyyət həyatının bütün sahələrində hüququn aliliyinə və iqtisadi azadlıqlara yönəlik əsaslı islahatlara davamlı xarakter verilməli və bazar mexanizminin səmərəli fəaliyyət göstərməsinin institusional əsasları inkişaf etdirilməlidir. İnsan və mülkiyyət hüququnun konstitusion əsaslarla müdafiəsinin tam təmin edilməsi istiqamətində fundamental islahatlar davam etməlidir. Monopoliyanın kiçik və orta biznesi sıxışdırmasının qarşısının alınmasının effektiv mexanizminin hazırlanması, iri, orta və kiçik biznesin rasional kombinasiyası əsasında qeyri-neft sektorunda iqtisadi artımın sürətinin artırılmasına əlavə təkan verilməsi prioritetdir.

Həmçinin, sənaye şəhərcikləri, məhəllələri, aqrar sahədə yeni adekvat strukturların yaradılması işinin genişləndirilməsi ilə yanaşı, mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi və ümumiyyətlə, sahibkarlığın inkişafının səmərəliliyinin artırılması istiqamətində işlər sürətlənməlidir. Ölkədə özəlləşdirməyə vüsət verilməli, eləcə də özəlləşdirildikdən sonra fəaliyyətsiz qalan və öz perspektivini hələ də saxlayan müəssisələrin fəaliyyətinin bərpa edilməsi imkanlarına yenidən baxılmalıdır. Xüsusən də kommunal xidmətlə əlaqəli sahələrin optimal variantlarda özəlləşdirilməsi və ya etibarlı şirkətlərə uzunmüddətli istifadəyə verilməsinə də önəm verilməlidir”.

Ə.Məsimli bildirib ki, sərmayə qoyuluşlarının strukturu innovasiyalı inkişaf prinsiplərinə uyğun gəlmir:

“Çox təəssüf ki, qoyulan sərmayələrin 70 faizdən çoxu tikinti-quraşdırma işlərinə və yalnız 12 faizi maşın, avadanlıq və sair texnikanın tətbiqinə sərf olunur.

İqtisadi artım templərini sürətləndirməkdən ötrü həm sərmayə qoyuluşlarının yeni mərhələnin hədəflərinə uyğun şəkildə artırılması, həm də onun strukturunu əsaslı surətdə təkmilləşdirib, perspektivli istehsal sahələrinə, daha çox əlavə dəyər gətirən sahələrə yönəldilməsi lazımdır. Sərmayə qoyuluşlarının səmərəliliyinin artırılması və xüsusən də regionlarda biznesin inkişafına yönəlik əlavə tədbirlərin görülməsi, rəqabətə davamlı yerli tələbat mallarının istehsal sahələrinin genişləndirilməsi, yetərincə yaxşı maaşlı iş yerlərinin açılması istiqamətində təsirli tədbirlərin görülməsi də bu sahədə arzulanan səviyyəyə çatmağımıza yardım edə bilər”.

Tarix
2019.10.18 / 17:20
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Bakı bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla