Yuxarı

Mustafayevin Bakı təklifi Rusiyada dəstəkləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mustafayevin Bakı təklifi Rusiyada dəstəkləndi

Görkəmli Azərbaycan rejissoru, Avrasiya Televiziya və Radio Akademiyasının birinci vitse-prezidenti Vaqif Mustafayevin hələ iki il əvvəl Bakıya Qəhrəman Şəhər adının verilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs postsovet məkanında yeni hərəkatın yaranmasına təkan verib.

Axar.az-ın məlumatına görə, bu barədə Moskvada keçirilən mətbuat konfransında Avrasiya Xalqları Assambleyasının Ali Şurasının üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin məlumat verib:

“Bakıda keçirilən Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində baş tutan “Böyük Vətən müharibəsi və İkinci Dünya müharibəsi ilə bağlı tarixi yaddaşın qorunması” beynəlxalq ictimai forumunda Vaqif Mustafayevin Bakı şəhərinə Qəhrəman Şəhər adının verilməsi ilə bağlı iki il əvvəl Moskvada irəli sürdüyü təşəbbüs ictimai müzakirəyə çıxarıldı və iştirakçılar tərəfindən yekdilliklə dəstəkləndi. Məhz bu təklifin nəticəsində forumda “Birlikdə qalib gəldik” Beynəlxalq İctimai Komitəsinin yaradılmasına dair plan ortaya çıxdı”.

Rusiya Cəmiyyətinin Tədqiqatçıları Assosiasiyasının prezidenti Gennadi Bordyuqov da bildirib ki, “Birlikdə qalib gəldik” təşəbbüsünün iştirakçıları postsovet məkanı və xarici ölkələrdə qələbəyə töhfə vermiş Bakı şəhərinə Qəhrəman Şəhər adının verilməsi üçün tarixi baza hazırlamaq və bununla bağlı təşəbbüs irəli sürmək niyyətindədir.

Tarix
2019.10.21 / 16:15
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfiri XİN-ə çağırıldı

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla