Yuxarı

"Cəbhə xəttində ermənilər özləri öz əsgərlərini güllələyib"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhədə baş verən gərginlik Ermənistan Silahlı Qüvvələrini özbaşına tərk edən hərbi qulluqçuların sayının artmasına səbəb olub".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, əldə olunan son məlumatlara əsasən işğal olunmuş ərazilərdə yerləşən erməni bölmələrindən birinin əsgəri Ermənistandan hərbi xidmətə çağırılmış Nikolay Martirosyan digər hərbi qulluqçular tərəfindən məruz qaldığı təhqirlərə və zorakılığa dözməyərək qollarının damarlarını kəsərək həyatına qəsd edib: "Digər bir fakt isə xidmətin çətinliyinə dözməyən əsgər Vahan Şahanyanın həyatına qəsd etmək məqsədilə özünü hündür qayadan atması olub. Əsgər sağ qalsa da, ağır kəllə-beyin və aşağı ətrafın ikitərəfli sınığı diaqnozu ilə alayın tibb məntəqəsinə yerləşdirilib. Əldə olunan başqa bir məlumata görə isə hərbi hissədəki acınacaqlı vəziyyətə dözməyərək, qoşunların təmas xəttini keçməyə cəhd göstərən 2014-cü ilin birinci çağırışında hərbi xidmətə gəlmiş erməni əsgərinin öz xidmət yoldaşları tərəfindən arxadan atəş açılaraq öldürülməsi və dayaq məntəqəsində onun meyitinin tələm-tələsik basdırılmasıdır".

Tarix
2015.01.24 / 16:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla