Yuxarı

Erməni ordusunda xəstəlik yayıldı - Karantin

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havaların kəskin soyuması, dağlıq və ağır iqlim şəraitində işğal olunmuş ərazilərimizdə dislokasiya olunan Ermənistan Silahlı Qüvvələrinin kazarma və postlarının istiliklə təmin olunmaması səbəbindən hərbi hissələrə yeni çağırılmış gənc əsgərlər arasında orta və ağıra dərəcədə pnevmoniya xəstəliyi epidemiya formasında yayılıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, xəstəliklərin sayının artması ilə əlaqədar hərbi hissələrdə yerli komandanlıq tərəfindən karantin elan olunub.

Bu barədə Ermənistan Silahlı Qüvvələrinin hərbi tibb idarəsinin rəisi polkovnik Kamavor Xaçatryanın adına daxil olmuş məruzə-arayışda bildirilir.

Sənədə əsasən hərbi hissələrin Harut adlı hərbi həkimin rəhbərliyi ilə keçirilən təcili tibbi yoxlaması zamanı 800 nəfər şəxsi heyətin 75 faizinin soyuqdəymə və qripə yoluxaraq sıradan çıxdığı məlum olub.

Ağır infeksion xəstəlikdən əziyyət çəkən şəxsi heyətin yerləşdirildiyi Xocavənd hərbi hospitalında yer çatışmazlığı səbəbindən orta məktəblərdə dərslərin dayandırılması və binaların lazaret kimi istifadə edilməsi təklif olunur.

Məruzə-arayışda müalicə üçün ixtisaslı həkimlərin, lazımi preparatların yoxluğu, bu səbəbdən də əsgər valideyinlərinin özlərinin dərmanları alması da qeyd olunur.

Tarix
2015.01.24 / 16:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla