Yuxarı

Milli Qəhrəmanımız Polovinka Ukraynada anıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Qəhrəmanımız Polovinka Ukraynada anıldı - Foto

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölkəmizin Ukraynadakı səfirliyinin hərbi attaşe aparatının nümayəndələri Xarkov vilayətinin Zimiyov şəhərində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Aleksandroviç Polovinkanın ailəsinə baş çəkib, onun xatirəsinə həsr olunmuş anım mərasimində iştirak ediblər.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev, baş köməkçi polkovnik-leytenant Emil Allahverdiyev və ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Milli Qəhrəmanın yaşadığı evdə onun xatirəsi anılıb, keçdiyi həyat yolundan danışılıb. Sonra Milli Qəhrəmanın dəfn olunduğu Zimiyov şəhər qəbiristanlığında məzarı önündə anım tədbiri keçirilib. R.Polovinkanın “Azərbaycanın Milli Qəhrəmanı” sözləri yazılmış və səkkiz guşəli ulduz təsvir olunmuş məzarı üzərinə Müdafiə Nazirliyi adından qızıl gül səbəti qoyulub, ailəsinə Müdafiə nazirinin şəxsi hədiyyələri təqdim edilib.

Polkovnik İ.Ağayev çıxış edərək bildirib ki, iki xalqın övladı olan R.Polovinka şəhidliyi ilə xalqlarımızın dostluğunun əbədi və sarsılmaz olduğunu bir daha sübut edib. Azərbaycan və Ukrayna xalqlarının tarixi dostluq ənənələrinin uğurla davam etdiyini vurğulayan İ.Ağayev bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Milli qəhrəmanlarımıza, şəhidlərimizin ailələrinə yüksək dövlət qayğısı mövcuddur. Bu qayğının bariz nümunələrindən biri də şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsidir. Artıq bu müavinət R.Polovinkanın ailəsinin hesabına da köçürülüb. Bundan başqa Azərbaycan dövlətinin sifarişi ilə hazırda Milli Qəhrəmanımız haqqında sənədli film də çəkilir.

Milli Qəhrəmanın anası Qalina İvanovna oğlunun xatirəsinə göstərilən yüksək diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə, xalqımıza və Müdafiə nazirinə minnətdarlığını bildirib. Şəhidin atası Aleksandr Qriqoryeviç daim Azərbaycan dövlətinin qayğısını hiss etdiklərini və bundan məmnun qaldıqlarını vurğulayıb.

Xatırladaq ki, Qarabağ müharibəsində bir çox hərbi əməliyyatların fəal iştirakçısı olmuş leytenant R.Polovinka Qubadlı, Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib. 1992-ci ilin avqustun 6-da R.Polovinka Mi-24 helikopterinin heyəti ilə birlikdə Ağdərə rayonunu ərazisində gedən ağır döyüşlərdə düşmənin xeyli sayda zirehli texnika və canlı qüvvəsini məhv edib. Lakin bu istiqamətdə etdiyi dördüncü uçuş zamanı helikopter düşmən tərəfindən raketlə vurulub. O, komandiri Zakir Məcidovun əmrinə baxmayaraq, komandirini tərk etməyib, son ana qədər aviasiya vasitəsini xilas etməyə çalışıb. Təəssüflər olsun ki, R.Polovinka uçuş heyətinin üzvləri ilə birlikdə şəhidlik zirvəsinə ucalıb.

Tarix
2019.10.24 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla