Yuxarı

Oktyabr niyə isti keçir? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oktyabr niyə isti keçir? - Açıqlama

Bu il oktyabr ayı həm keçən ilə nisbətən, həm də normaya nisbətən isti keçir.

Bu sözləri Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. O bildirib ki, hazırda ölkə ərazisində müşahidə edilən havanın temperaturu payız fəslinin hazırkı dövrü üçün xarakterik deyil:

“Bütün dünyada Ümumdünya Meteorologiya Təşkilatının 1961-1990-cı illərə aid olan məlumatlarına əsasən, ölkə ərazisində müşahidə edilən temperatur və yağıntı müqayisə edilir. Azərbaycanda aparılan müşahidələr göstərir ki, bu il oktyabr ayında normaya nisbətən 2-3 dərəcədə yüksək temperatur qeydə alınıb. Yəqin ki, bu, oktyabrın son günlərində orta aylıq temperatur barədə hesabat hazırlandıqda bu statistika orada öz əksini tapacaq. Çünki bu tip hava kütlələri oktyabr ayı üçün deyil, may və sentyabr üçün səciyyəvidir. Bundan başqa yağıntıların da miqdarı normadan xeyli az müşahidə edilir. Bu da öz növbəsində müəyyən mənada həm kənd təsərrüfatına, həm də insan sağlamlığına təsirsiz ötüşməyəcək”.

M.Həsənov temperaturun yüksək olmasının səbəbini ölkə ərazisinə cənub hava kütlələrinin daha çox daxil olması və onların ölkə ərazisində hakimlik etməsi ilə əlaqələndirib.

Tarix
2019.10.25 / 13:03
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla