Yuxarı

FHN çempionat keçirdi: Qalib bəlli oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN çempionat keçirdi: Qalib bəlli oldu - Foto

Oktyabrın 21-dən 25-dək Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzi və Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında voleybol çempionatı keçirilib.

Mərkəzdən Axar.az-a bildiriblər ki, çempionatın oyunları FHN-in İdman-Sağlamlıq Mərkəzinin arenasında keçirilib. Yarışda 120-ə yaxın idmançının təmsil olunduğu 11 komanda qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən çempionatın final görüşü FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Dövlət Yanğın Mühafizə Xidmətinin komandaları arasında olub. Qarşılaşmada qalib gələn Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası yarışın qızıl medalına layiq görülüb. İkinci yerə Dövlət Yanğın Mühafizə Xidmətinin komandası, üçüncü yerə isə Xüsusi Riskli Xilasetmə Xidmətinin voleybolçularını məğlub edən Mülki Müdafiə Qoşunlarının komandası layiq görülüb.

FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov, nazirliyin İdman-Sağlamlıq Mərkəzinin rəisi, polkovnik Füzuli Musayev, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, baş katibi Cəlil Cəfərov və bir sıra fəxri qonaqlar oyunları izləyiblər.

Füzuli Musayev, Mehman İsmayılov və Faiq Qarayev çıxışlarında komandaları təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıblar.

Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim edilib.

Yarışın baş hakimi Səbuhi Əliyev olub.

Tarix
2019.10.25 / 19:42
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla