Yuxarı

Əlillərə şad xəbər: proqram təsdiq olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə "2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı" təsdiq edilib.

Axar.az qurumun rəsmi saytına istinadən bildirir ki, proqramda cari il ərzində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xarici ölkələrdə ixtisaslaşmış reabilitasiyasına şəraitin yaradılması, həmçinin respublika daxilində müalicələrinə köməklik göstərilməsi, asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi nəzərdə tutulur. Eyni zamanda, sənəddə bu təbəqədən olan insanların sosial müdafiəsi və reabilitasiyası sahəsində beynəlxalq təcrübənin tətbiqi ilə əlaqədar əməkdaşlıq və informasiya mübadiləsinin, onlara diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının həyata keçirilməsi də əksini tapıb.

Qeyd edilən proqram həmçinin cari il ərzində əlilliyi olan şəxslərin IX Ümumrespublika yaradıcılıq sərgi müsabiqəsinin keçirilməsini, bu təbəqədən olan insanlar arasında idman tədbirlərinin təşkilini və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılmasını nəzərdə tutur. Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili, ayrı-ayrı əlamətdar günlər və ildönümlərlə bağlı əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili, sosial xidmət müəssisələrinə texniki yardım göstərilməsi və digər tədbirlər də Proqramda yer alıb.

Bildirək ki, proqram çərçivəsində əlilliyi olan şəxslərin sosial müdafiəsi çərçivəsində onların təminatının yaxşılaşdırılması, tibbi güzəştlərin tətbiqi və sosial müavinətin yaxşılaşdırılması ilə bağlı addımların atılacağı gözlənilir.

Tarix
2015.01.28 / 18:35
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla