Yuxarı

Şahidov ermənilərlə AŞPA qarşısında toqquşdu – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 28-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının növbəti iclası zamanı müxtəlif millətlərin diasporları etiraz aksiyaları keçiriblər.

Hüquq müdafiəçisi Əhməd Şahidovun Axar.az-a verdiyi məlumata görə, təqribən 40-a yaxın erməni nümayəndəsi də AŞPA binası qarşısında qondarma "erməni qoyqırımı"nın tanınması ilə bağlı toplaşıblar. Bu zaman isə qarşı tərəfdə Türkiyə və Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə 5 min nəfəri əhatələyən izdihamlı mitinq davam edirmiş.

AŞPA müzakirələrində iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ermənilərin aksiyasına yaxınlaşıb, ermənilərin nəyə etiraz etdiklərini soruşub və aksiya iştirakçılarını dinləyib. Daha sonra Xocalı soyqırımı barədə söz açan hüquq müdafiəçisi ermənilərin etirazları ilə qarşılaşıb və ermənilər uca səslə Əhməd Şahidova qarşı etiraz şüarları səsləndirməyə başlayıblar.

Aksiyanı mühafizə edən Strasburq polisi qarşıdurmanın baş verməməsi məqsədilə Əhməd Şahidovu hadisə yerindən uzaqlaşdırıb və ermənilərin aksiya keçirilən yeri tərk etmələrini tələb edib. Ermənilər aksiyanı yarımçıq dayandırıb və ərazini tərk ediblər.

Tarix
2015.01.28 / 23:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla