Yuxarı

Akademiyada öyrəndiklərim köməyimə çatır - Məmmədzadə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akademiyada öyrəndiklərim köməyimə çatır - Məmmədzadə

Kult.az Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq ixtisasının məzunu, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal-1 Beynəlxalq Hava Limanı gömrük postunun sərnişin şöbəsinin inspektoru Günel Məmmədzadə ilə müsahibəni təqdim edir.

- Hazırda gömrük xidmətində hansı işləri yerinə yetirirsiniz?

- Malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük nəzarətinin təşkili, qadağan olunmuş və ya dövriyyəsi məhdudlaşdırılmış malların ölkəyə qanunsuz gətirilməsinin qarşısının alınması, ölkəmizə xaricdən gələn sərnişinlərin yaşıl və qırmızı kanala daxil olması, baqajlarına baxış keçirilməsi və qanunvericilik aktlarında nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirirəm.

- Akademiyada qazandığınız biliklər iş vaxtı köməyinizə çatırmı?

- Təbii ki, tələbəlik və iş həyatı bir-birindən çox fərqlidir, lakin icra etdiyim vəzifələrin bir çoxunun nəzəriyyəsini bilmək, yəni dörd il ərzində Akademiyada əldə etdiyim biliklər praktiki fəaliyyətim zamanı köməyimə çatır. Təbii ki, iş həyatı tamam fərqli, yeni bilikləri də tələb edir, bunlar da yalnız təcrübə əsasında formalaşır.

- Gömrük xidmətində çalışmağınızda Akademiyanın rolu barədə nə deyə bilərsiniz?

- Məzun olduqdan bir ay sonra mən və digər tələbə yoldaşlarım gömrük əməkdaşı kimi müxtəlif struktur bölmələrdə işlə təmin olunduq. Gömrük əməkdaşları sırasına daxil edildiyimizə görə Akademiyanın rəhbərliyinə və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə minnətdarlığımızı bildiririk.

- İlk iş gününüz necə keçmişdi?

- İlk iş günüm həyatımdakı ən həyəcanlı günlərdən biri idi, çünki artıq mühazirə dinləmək və seminarlara hazırlaşmaqla keçən tələbəlik günlərinin sonuna gəldiyimi ilk dəfə həmin an anlamışdım. Həmin gün mənim üçün daha məsuliyyətli və diqqətli olmağı tələb edən günlərimin başlanğıcı idi.

- Gömrük xidmətində çalışmaq hansı məsuliyyəti yaradır?

- Gömrük xidməti digər fəaliyyətlərdən daha çox məsuliyyət və diqqət tələb edir. Gömrük orqanı əməkdaşı etik və əxlaqi normalara ciddi əməl etməli, qanuni tələbləri dəqiq bilməli və yerinə yetirilməməsindən irəli gələn məsuliyyətləri dərk etməlidir. Sadəcə xidməti vəzifə ilə bağlı deyil, xidmətdən kənar davranış qaydalarına da fikir verməlidir.

Tarix
2019.11.08 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

İran “kritik 10 gün”dən sağ çıxdı: Yeni mərhələ başladı

Müctəbanın ilk müraciəti - İran öz yolunu seçdi

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artdı

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

İran qalib gəlir? Bu yalana inanmamaq üçün... - Ekspert

Yeni cəbhə: İran gizli hücrələri hərəkətə keçirə bilər...

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla