Yuxarı

Bu qurumda işçilərin sayı kəskin azaldıldı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qurumda işçilərin sayı kəskin azaldıldı - Rəsmi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli 274 nömrəli Qərarı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib.

Axar.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dəyişikliklərin əsas məqsədi daha yığcam, çevik və səmərəli idarəetmə modelinin formalaşdırılması, təkrarlanan funksiyaların aradan qaldırılması, qərarvermə prosesinin sürətləndirilməsi və mövcud resursların prioritet fəaliyyət istiqamətlərinə yönəldilməsidir.

Qeyd olunub ki, əvvəlki strukturda İdarənin Aparatından əlavə 8 tabeli qurum fəaliyyət göstərirdisə, yeni strukturda 2 tabeli qurum – Muzey və Turizm Mərkəzi və Ənənəvi İncəsənət Mərkəzi nəzərdə tutulub. Bu dəyişiklik idarəetmənin daha yığcam və çevik təşkilinə, təkrarlanan funksiyaların aradan qaldırılmasına və resursların daha səmərəli istifadəsinə xidmət edəcək.

Məlumata görə, Muzey və Turizm Mərkəzinin yaradılması İçərişəhərin turizm potensialının sistemli şəkildə inkişaf etdirilməsi zərurətindən irəli gəlir. Muzeylərin, mədəni məkanların və ziyarətçi xidmətlərinin vahid yanaşma əsasında əlaqələndirilməsi xidmət keyfiyyətinin yüksəldilməsinə, yeni turizm marşrutlarının və ziyarət proqramlarının hazırlanmasına, ümumilikdə ziyarətçi təcrübəsinin təkmilləşdirilməsinə imkan verəcək.

Yeni struktur çərçivəsində İdarənin Aparatında “şöbə və sektor” modelindən “departament və şöbə” modelinə keçid də nəzərdə tutulur. Əlaqəli fəaliyyət istiqamətlərinin vahid rəhbərlik altında birləşdirilməsi koordinasiyanın gücləndirilməsinə və qərarların daha operativ qəbuluna xidmət edəcək.

Optimallaşdırma çərçivəsində İdarənin işçilərinin say həddi 430 ştat vahidindən 300 ştat vahidinə endirilib. Bildirilib ki, bu dəyişiklik təkrarlanan və paralel funksiyaların aradan qaldırılması, dəstək funksiyalarının mərkəzləşdirilməsi və insan resurslarının prioritet fəaliyyət istiqamətlərinə yönəldilməsi ilə bağlıdır.

Struktur dəyişikliyinin əsas hədəfinin idarəetmənin keyfiyyətcə yenilənməsi, mövcud imkanların İçərişəhərin tarixi-mədəni irsinin qorunmasına, sakinlərə və ziyarətçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və Qoruğun dayanıqlı inkişafına yönəldilməsi olduğu vurğulanıb.

Qeyd olunub ki, dəyişikliklər həyata keçirilərkən əmək qanunvericiliyinin tələbləri və işçilərin qanunla müəyyən edilmiş hüquq və təminatları qorunacaq.

Tarix
2026.09.09 / 10:05
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla