Yuxarı

Ukraynada Azərbaycanın mədəniyyət mərkəzi açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 8-də Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Xarkov şəhərində ölkəmizin ilk Mədəniyyət və İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmiləri, səfirliyin, “SOCAR Ukraine”nin əməkdaşları, Xarkov Vilayət Dövlət Administrasiyasının, şəhər meriyasının nümayəndələri, Ukraynanın ictimai-siyasi xadimləri, soydaşlarımız iştirak edib.

Tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra iki ölkənin dövlət bayrağı qaldırlıb.

Mərkəzin fəaliyyətə başlamasını tarixi hadisə adlandıran Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, 9 noyabr - Dövlət Bayrağı günü ərəfəsində Ukraynanın ikinci ən böyük şəhərində üçrəngli bayrağımızın dalğalanması qürurvericidir. Dövlət bayrağımızın dalğalanması burada yaşayan soydaşlarımızın milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını gücləndirəcək. Səfir bildirib ki, Prezident İlham Əliyevin tapşırığı və tövsiyəsi ilə Ukraynada Azərbaycan mədəniyyəti və tarixinin tanıdılması üçün bir sıra layihələr həyata keçirilir. Xarkovda Azərbaycanın Mədəniyyət və İnformasiya Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin mədəniyyətini, tarixini təbliğ etməkdə öz töhfəsini verəcək. A.Xudiyev Ukraynanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət mərkəzlərinin açılacağının planlaşdırıldığını vurğulayıb. Səfir sonda dəstəyə Xarkov merinə təşəkkürünü bildirib.

Sonra çıxış edən Azərbaycan Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev bildirib ki, Azərbaycan və Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq yüksək səviyyədədir.

“Azərbaycan dövləti həmişə xarici ölkələrdə mədəniyyətimizin təbliği üçün istənilən təşəbbüsü dəstəkləyir. İnanıram ki, Azərbaycanın bu mədəniyyət mərkəzi xarkovlular və şəhərin qonaqları üçün xüsusi əhəmiyyətə malik olacaq. Mədəniyyət tədbirlərinin keçiriləcəyi məkana çevriləcək”, - Babayev əlavə edib.

Azərbaycanın dövlət bayrağı günü ərəfəsində Xarkovda belə möhtəşəm mədəniyyət mərkəzinin açılmasının xüsusi məna verdiyini deyən şəhər merinin birinci müavini İqor Terexov bildirib ki, mərkəz iki ölkənin dost münasibətlərini daha da möhkəmləndirəcək.

Xarkov vilayət Dövlət Administrasiyasının İqtisadiyyat və Beynəlxalq Münasibətlər departamentinin direktoru Andrey Kolos, Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzinin direktoru, Ukraynanın Xalq rəssamı, heykəltəraş, soydaşımız Seyfəddin Qurbanov çıxış edərək mərkəzin əhəmiyyətindən danışıb.

Daha sonra Mədəniyyət Mərkəzinin rəmzi açılış mərasimi keçirilib.

Tədbir daha sonra Azərbaycanın və Ukraynanın sənət adamlarının konsert proqramı ilə davam etdirilib.
Qeyd edək ki, Mədəniyyət və İnformasiya Mərkəzi ərazisində Azərbaycan və Ukraynanın sarsılmaz dostluğunu tərənnüm edən abidə, hər iki ölkənin mütəfəkkirləri və tarixi şəxsiyyətlərin heykəlləri, müxtəlif kompozisiyalar mövcuddur.

Qeyd eək ki, Xarkovda açılan Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzindən 20-30 metr aralıda Ermənistanın Mədəniyyət Mərkəzi və erməni kilsəsi yerləşir.

Tarix
2019.11.08 / 18:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla