Yuxarı

Müştəri məmnuniyyəti istiqamətində "Azercell"dən yeniliklər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müştəri məmnuniyyəti istiqamətində "Azercell"dən yeniliklər

Azercell Telekom MMC abunəçilərini innovativ xidmətlər və maraqlı məzmun təklifləri ilə təmin etməklə yanaşı, mütəmadi olaraq müştəri məmnuniyyətinin artırılması istiqamətində müvafiq layihələr həyata keçirir.

Axar.az xəbər verir ki, daima istifadəçilərinin istəklərini öndə tutan "Azercell", bu dəfə 3-cü tərəf şirkətlər ilə əməkdaşlıq siyasətində bir sıra dəyişikliklər edib. Lider operator 3-cü tərəf şirkətlərin fəaliyyətinin keyfiyyət və şəffaflığını yoxlamaq məqsədilə mütəmadi şəkildə apardığı araşdırmaların nəticələrindən irəli gələrək, şirkətin tələblərini qarşılamayan bir sıra məzmun təminatçısı ilə əməkdaşlığa xitam verib.

Xatırladaq ki, hələ 2017-ci ilin oktyabr ayından başlayaraq, təsadüfi qoşulmaların qabağını almaq məqsədilə Azercell istifadəçiləri 3-cü tərəf şirkətlərin təqdim etdiyi müvafiq xidmətə abunə olmaq üçün ilk öncə “landing page” - xüsusi keçid səhifəsinə yönləndirilir və sorğularını mobil nömrələrini daxil edərək, təsdiqləyirlər. Bu il noyabr ayının 12-dən etibarən isə "Azercell" İnteraktiv Səsli Cavablama Xidməti (IVR) üzərindən nömrədə mövcud abunəlik xidmətləri haqqında məlumat almaq və onlardan imtina etmək mümkünlüyünü də təmin edəcək. Bunun üçün *1111 nömrəsinə zəng edərək, operator ilə əlaqə saxlamadan, “Abunəlik xidmətləri ilə bağlı” bölümü seçilməlidir.

Azercell Telekom MMC abunəçilərini yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək və onlara ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyərək, bu istiqamətdə fəaliyyətini tam gücü ilə davam etdirəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.11.09 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla